“Azmerika” MMC 2019-cu ilin dekabr ayında qurulmuşdur. Şirkətin fəaliyyət istiqaməti əsasən, avtomobil sektoru, qismən sənaye sahəsidir. Distribütor olaraq şirkətin əsas məqsədi avtomobil sektoruna aid olan yağ və maye, həmçinin şin brendləri ilə əməkdaşlıq edərək yerli bazardakı tələbatı qarşılamaqdır. Azmerika MMC, hazırda ABŞ brendi olan və birbaşa ABŞ-dan gətirilən AMSOIL, Petro-Canada (Kanada), ENEOS (Yaponiya), FOSSER (Almaniya) mühərrik yağı brendlərinin, eləcə də MAXXIS (Tayvan) şin brendinin Azərbaycandakı rəsmi distribütorudur.
Şirkətin gənc olmasına baxmayaraq, mövcud olduğu sektorda gördüyü işlərə peşəkar yanaşması və prinsipial şərtləri sayəsində bir çox uğurlara imza atmışdır.