Daxil ol
0Səbət

Səbət boşdur

azmerika logo

Mühərrik yağı

AMSOIL XL 0W-20 3.78L

Part code : LTG

Stokda yoxdur

Qarşıladığı və tövsiyə edildiyi standartlar:

API SP (Resource Conserving), SN Plus, SN.
ILSAC GF-6A, GF-5, GF-4.

GM dexos1 Gen 3 (dexos1 Gen 2 və 6094M-i əvəz edir).
ACEA A1/B1.
Chrysler MS-6395.
Ford WSS-M2C947-A, WSS-M2C947-B1, WSS-M2C962-A1.

90 ₼

Say

- +

Çatdırılma

Kuryer ilə

Pulsuz 30 ₼-dən

Özünüz götürdükdə (təhvil məntəqələrindən)

Pulsuz

Azərpoçt şöbələrinə çatdırılma (bütün ölkə üzrə)

0.96 ₼-dən

Ödəmə

Nağd

Təhvil alarkən ödəmək

Bank kartı ilə

Təhvil alındıqda və ya onlayn

Birbank kartları ilə taksit

18 aylıq 0%

Məhsulun təsviri

Özəllikləri

Rəylər

Asiya və Amerika avtomobilləri üçün nəzərdə tutulmuş daha uzun yürüş intervallı mühərrik yağı seriyası

* Mühərrikinizin daha hamar və uzun müddət işləməsi üçün bazarda mövcud olan standart mühərrik yağlarından 37% daha çox təmizləmə gücünə malikdir;
* Aşağı Sürətlərdə Erkən Alovlanmadan (LSPI-dən) qoruyur;
* Problemsiz mühərrikdə 2-ci istifadədən etibarən hər yağdəyişmə intervalı arasında 1 ilə qədər yürüş vəd edir.

AMSOIL XL Seriyası öz avtomobilinə xüsusi baxım etmək istəyənlər üçün nəzərdə tutulmuş bir seriyadır. Onun gücləndirilmiş formulası avtomobili əlavə təmizləmə gücü, aşınmaya nəzarət, yüksək və aşağı temperaturdan xüsusi müdafiə və yanacaq qənaəti ilə təmin edir. XL Seriyası GDI sistemi də daxil olmaqla turbo avtomobil texnologiyası üçün hazırlanmışdır. Bundan əlavə, XL Seriyası sizə yağ dəyişimi intervalı arasında 10.000 km yürüş imkan verir.

 

Yağın parçalanmasına qarşı müqavimət göstərir

AMSOIL XL Seriyalı sintetik mühərrik yağı ən ekstremal şəraitlərdə belə öz axıcılığını və özlülüyünü qoruyub saxlayır. Bəzi yağlar uzun müddət yüksək temperaturda işlədikdən sonra parçalanır və nəticədə, özlülüyünü əhəmiyyətli dərəcədə artırır. Bu arzuolunmaz dəyişikliklər həddindən artıq yağ azalması, mühərrikdə çöküntülərin yaranması, sürətlə gedən aşınma prosesi və çətin soyuq - ilkin işəsalma ilə nəticələnir. GM Oksidləşmə və Depozit (GMOD) Sınağı 145 ºC (normadan 37.7ºC daha isti) temperaturda 100 saat işləyən 5.7L V8 mühərrikində təşkil olunmuşdur. Bu ağır iş şəraiti sınaqdan keçirilən mühərrik yağının özlülük artımını, çöküntülərə və yağ azalmasına nəzarətetmə qabiliyyətini yoxlayır. Sınaqlar göstərir ki, AMSOIL XL Seriyası GM dexos1® Gen 3 standartı ilə tələb olunan yağ parçalanmasına qarşı qorumadan 64% daha çox qoruma təmin etdi. Bu, XL Seriyasının ekstremal temperaturlarda davamlılığının göstəricisidir.

 

Pistonları erkən alovlanmadan qoruyur

 

XL Seriyası mühərrikinizi erkən alovlanmanın (LSPI) zərərli təsirlərindən qorumaq üçün sübut edilmiş unikal kimyəvi tərkiblə hazırlanmışdır. LSPI yanacaq/hava qarışığının qığılcımla alovlanmadan əvvəl özbaşına alışmasıdır. Əksər yeni mühərriklər, adətən turbomühərriklə birləşdirilmiş birbaşa benzin püskürən sistemlə (GDI) təchiz olunmuşdur. Bu texnologiyalar pistonları və birləşdirici çubuqları məhv edə bilən LSPI prosesinin baş vermə ehtimalını artırır. Mühərrikinizi LSPI-dən qorumaq üçün düzgün tərtib edilmiş mühərrik yağı çox vacibdir.

GM kimi Orijinal Avadanlıq İstehsalçıları (OEM) mühərrik yağının LSPI-nin qarşısını almaq qabiliyyətini müəyyən etmək üçün sınaqlar hazırlayaraq problemi həll etdilər. XL Seriyasının üzərində təşkil edilən 5 ardıcıl sınaq prosesində 0 LSPI hadisəsi qeydə alınmışdır. Bu da, 100% qorunma deməkdir.

Mühərriki təmiz saxlayır

AMSOIL XL Seriyası yuyucu və dispersant qatqılarla zənginləşdirilmişdir. Onun gücləndirilmiş qatqı paketi zərərli turşuları neytrallaşdırmaq, həmçinin lil, korroziya və çöküntüyə qarşı müqavimət göstərmək üçün TBN-i effektiv şəkildə artırır.

XL Seriyası mühərrikinizin daha rahat, hamar və uzun müddət işləməsini təmin etmək üçün onu 25% daha çox təmizləmə ilə təmin edir.

 

Təmiri xərclərini azaldır

Mühərrik ustaları, biznes sahibləri və digər sürücülər AMSOIL XL Seriyasının gücləndirilmiş mühərrik qorumasından faydalanırlar. Yağın tez-tez dəyişdirilməsi bahalı, vaxt aparan və zəhmətli işdir. Tərkibi təkmilləşdirilərək əlavə qoruma ilə təchiz edilmiş XL Seriyası 10.000 km və ya bir ilə qədər yağ dəyişmə intervalı  təmin edə bilər ki, bu da sizə cədvəlinizə uyğun olaraq yağı dəyişməyə, texniki xidməti azaltmağa, pula qənaət etməyə və yağ israfının qarşısını almağa imkan verir.

 

Yanacağa qənaəti maksimuma çatdırır və emissiyanı aşağı səviyyədə saxlayır

XL Seriyalı sintetik mühərrik yağı Amerika Neft İnstitutu (API) tərəfindən istifadəçi təlimatlarında tez-tez rast gəlinən tələblərə cavab vermək və onları aşmaq üçün lisenziya almışdır. API-dən əlavə "Resource Conserving" təyinatını qazanaraq, yanacaq qənaəti sınağında üstünlük qazanmışdır. XL Seriyası həmçinin müasir avtomobillərdə emissiyaya nəzarət sistemləri ilə uyğun gəlir. Bununla da, daha uzun xidmət müddəti və aşağı qaz emissiyası üçün katalizatorun düzgün işləməsini təmin edir.